Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
2 Noyabr , 2017

Mənim hüquqlarım

Sual-cavab gecəsi

 BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Uşaq hüquqları” aylığı elan edilir. Bu baxımdan Qax MKS-in bütün kitabxanalarında aylıqla əlaqədar sərgilər, stendlər təşkil olunur, tədbirlər keçirilir. 2 noyabr tarixində C.Cabbarlı adına Mərkəzi kitabxananın əməkdaşları 2 saylı orta məktəbin IV sinif şagirdləri ilə

”Mənim hüquqlarım” adlı sual cavab gecəsi keçirdilər. Tədbiri Qax MKS-in direktoru A. Əfəndiyeva açaraq aylığın mahiyyəti, məramı və məqsədini, eyni zamanda yaranma tarixi haqqında uşaqlara məlumat verdi. Kitabxananın xidmət şöbəsinin işçisi

S. Əfəndiyeva Uşaq Hüquqları Konvensiyasının əsas maddələri ilə uşaqları tanış etdi. Sonra uşaqlarla fikir mübadiləsi aparıldı. Uşaqlar öz hüquq və vəzifələri ilə bağlı suallara cavab verdilər. Eyni zamanda öz maraqlı mülahizələri ilə diqqət çəkdilər. Tədbirdə məktəbin müəllimləri Elnurə Məhərrəmova, Aytən Əliyeva, Sevinc Şabanova iştirak etdilər.

 

Foto Qalereya