Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xəbərlər
18 Noyabr , 2017

Fındıq, qoz, şabalıd festivalı 

18 noyabr 2017-ci il tarixində Zaqatalada fındıq, qoz, şabalıd festivalı keçirildi. Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur.

Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılıq rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. 

Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə noyabrın 18-də Zaqatala rayonunda ilk dəfə Fındıq festivalı keçirilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, təşkilatçı qurumların rəsmiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak ediblər.

İlk dəfə keçirilən festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını nümayiş etdirməkdir.

Qax rayonunun da fındıq istehsalında çox böyük rolu var. Festivalda Qax rayonunun zəhmətkeşləri də öz töhfələri ilə iştirak eddilər.


 

Foto Qalereya