Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
6 Dekabr , 2017

Qax rayon C. Cabbarlı adına Mərkəzi kitabxanada12 dekabr ümummilli lider Heydər Əliyevin Anım gününə  həsr olunmuş “Qəlbimizdə yaşayan dahi şəxsiyyət” adlı Dəyirmi Masa keçirildi. Tədbiri Mərkəzi kitabxananın xidmət şöbəsinin işçisi Solmaz Əfəndiyeva aparırdı.Tədbirdə dahi şəxsiyyət, ümummilli lider, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş söhbət açıldı. Tədbirdə R. Xəlilova, G. Maqsudova, G. Əhmədova, R. Bilalova, M. Şirinova, S. Eminova çıxış etdilər.