Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
28 Dekabr , 2017

   


31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və yeni il hər birimiz üçün sevimli bayramlardandır. Eyni zamanda hər bir mədəniyyət ocağında xüsusi qeyd olunan bayramlardan biridir. Bu baxımdan dekabrın 28-də Qax MKS C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Gücümüz həmrəyliyimizdədir” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Qax MKS-nin direktor müavini A.Əfəndiyeva açdı. O, çıxışında bildirdi ki, dünyada on milyonlarla azərbaycanlı yaşayir. Onlar yalniz Azərbaycan Respublikasinda (Şimali ve Cənubi Azerbaycanda) deyil bütün dünyada - Türkiyədə, Almaniyada, Fransada, Boyuk Britaniyada, Skandinav ölkələrində, ABS-da, Yaxin Şərq ölkələrində və b. yerlərdə yaşayirlar. Rusiyada 2 milyona qədər azərbaycanli yaşayir. Müstəqil Azərbaycan Respublikasinin yaranmasi, azərbaycanlilarin öz mövqeyinin və milli şüurunun artmasina boyuk təkan verdi. Milli dirçəlişə, milli əlaqələrin güclənməsi tələbati daha da artdi. Buna cavab olaraq, 1993-cu ildə Azərbaycan Respublikasi prezidenti Heydər Əliyevin  fərmani ilə 31 dekabr - Dunya Azərbaycanlilarinın Həmrəylik Günü elan edildi. Həmin gün dünyanin bir çox ölkələrində Azərbaycan ictimayəti tərəfindən qeyd olunur. Əsası ölməz liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu bayram hamımız üçün əzizdir.

Tədbirdə kitabxananın şöbə müdiri R.Xəlilova bu bayramın yaranma tarixindən danışdı. Şairə Solmaz Elqızı, metodistlərdən F.Yunusova, D.Bəkirova və b. bayram haqqında xoş arzularını bildirdilər. Tədbirdən sonra bayram şənliyi keçirildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2018-ci il bayramınız mübarək, dostlar! Qoy bütün dünyanın azərbaycanlıları həmrəy olsun! 2018-ci il dünyada sülh və əminamanlıq ili olsun!

Foto Qalereya