Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
16 Yanvar , 2018

20 Yanvar hadisələri zaman keçdikcə yaddaşlarda daha dərin izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri, ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır. Çünki onlar daşlaşmış ömür sahiblərinə çevriliblər.

20 yanvar 1990-cı il faciəsi ilə bağlı 16 yanvar 2018-ci il tarixində C.Cabbarlı adına Mərkəzi Kitabxanada “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Qax MKS-nin direktoru G.Əhmədova açdı. O, 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Tədbirdə “Əbədiləşən tarix”, ”20 Yanvar şəhidlərinə dövlətin qayğı və ehtiramı” adlı məruzələr dinlənildi. Tədbir iştirakçıları o qanlı ildən yaddaşlarında qalan təsirli xatirələrini danışdılar. Tədbirin sonunda “Qərənfilin ləçəyində yaşayacaq şəhidlərim!” adlı kompozisiya təqdim olundu.Tədbir iştirakçılarına 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Müstəqilliyi qanla qazananlar" adlı bukletlər təqdim olundu , "20 Yanvar" sərgisinə baxış keçirildi.

Foto Qalereya