Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
2 Fevral , 2018
2 fevral gənclər günü münasibətilə C.Cabbarlı adına Mərkəzi Kitabxanada "Vətənpərvərlik və vətəndaş tərbiyəsi" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə "Bu günkü gənclik və 90-cı illərin gənclərinin fərqli və üstün cəhətləri", "Vətənpərvərliyi təbliğ etməklə qazanmaq olarmı?", "Milli qəhrəmanlarımızı yetərincə tanıyırıqmı?" sualları ətrafında mübahisəli söhbət aparıldı. Tədbirdə gənc müəllimə Günel Əhmədova, tələbə Fidan Rəşidova, gənclərdən Nərmin Hacıyeva ,Gülnar Maqsudova maraqlı fikirlər söylədilər.