Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Elanlar
27 Yanvar , 2018

Qax Rayon C. Cabbarlı adına Mərkəzi kitabxanada 2018-ci ilin yanvar-fevral tarixində İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd olunması ilə əlaqədar məktəbli oxucular arasında “Nəsimi Poeziyası” adlı  bədii qiraət müsabiqəsi keçiriləcək.

Müsabiqə 3 turdan ibarətdir. I tur Mərkəzi kitabxanada, II tur Şəki şəhərində, III tur isə Bakıda yekunlaşacaq.

Müsabiqənin ilk mərhələsi cari ilin yanvar-fevral aylarında Mərkəzi kitabxanada keçirilərək  bədii qiraətçilər arasından 1 nəfər müsabiqənin qalibi seçiləcək. Mart ayında regional mərkəz olan Şəki şəhərində region üzrə qaliblər seçiləcək.

Aprel ayında Bakı şəhəri və 15 regional mərkəz üzrə qalib gəlmiş bədii qiraətçilər arasında müsabiqənin qalibləri müəyyən olunacaq. Bu turda nazirliyin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyən məktəblilər Qax rayon Mərkəzi Kitabxanasına müraciət edə bilər.

Müdiriyyət