Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
6 Fevral , 2018

 Anma günü

6  fevral 2018-ci il tarixində C.Cabbarlı adına Mərkəzi kitabxanada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyi münasibətilə anım günü keçirildi. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrundan canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mübariz İbtahimovun şərəfli həyat yolu haqqında məlumat dinlənildi. Bu ərəfədə doğum günləri olan digər Milli Qəhrəmanalrımız - Əhmədov Mübariz, Eldar Məmmədov, Muxtar Qasımov haqqqında da oxuculara məlumat verildi.