Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
9 Fevral , 2018

       

 Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında”  17 oktyabr  2017-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar Qax MKS-nin kitabxana filiallarında bəstəkarın həyat və yaradıcılığı haqqında məlumatlar hazırlanmış, guşə və sərgilər təşkil olunmuşdur.Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunmuşdur. O cümlədən məktəblərdə musiqi saatları təşkil olunmuş, bəstəkarın əsərlərindən parçalar dinlənilmişdir.Kitabxanaların Feysbuk sosial şəbəkəsində bəstəkar haqqında məlumatlar və musiqiləri yerləşdirilmişdir.