Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
24 Fevral , 2018

24 fevral 2018-ci il  tarixində C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanada Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinə həsr olunmuş Anım günü keçirildi. Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olundu. Tədbirdən sonra Qax Şəhidlər Xiyabanında  Qarabağ torpaqları uğrunda şəhid olan vətən oğulları ziyarət olundu, əziz xatirələri hörmətlə anıldı.