Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
28 Mart , 2018

28 mart 2018-ci il tarixində 1918-ci il Azərbaycanlıların Soyqırımının 100 illiyi münasibətilə C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Keçmişin ibrət dərsləri və gələcəyə çağırış” adlı dəyirmi masa keçirildi.Tədbiri Qax MKS-nin direktoru G.Əhmədova açdı. O çıxışında bildirdi ki, Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə bağlı silsilə tədbirlərimiz olub və davam edir. Tədbirdə soyqırım qurbanlarının xatirəsi anıldı. Tədbirdə YAP Qax rayon təşkilatı Qadınlar şurasının sədri Sevil Əsgərova, tarix müəllimi  Lalə Qabulova, Qax rayon xəstəxanasının həkimi Mədinə Abdullayeva, Qax MKS-nin direktor müavini A.Əfəndiyeva çıxış etilər. Tədbirdə soyqırımın kökləri, baş vermə məqamları haqqında söhbət sçıldı. Bu soyqırımı lazımincə dünyaya tanıda bilirikmi və yaxud tanıtmaq üçün nə edirik və nə etməliyik sualları ətrafında söhbət aparıldı.

Foto Qalereya