Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
29 Mart , 2018

Bu gün Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Erməni soyqırımı-tarixin ibrət dərsləri"adlı tədbir keçirildi. Tədbirə şəhər 4 saylı tam orta  məktəbin müəllimləri,  10-cu sinif şagirdləri  və mədəniyyət işçiləri dəvət olunmuşdular. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova açdı.  Əvvəlcə, azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Qax rayon MKS-in direktoru Güllü Əhmədova  geniş məruzə ilə çıxış etdi. Tarix müəllimi Nurlana Əzimova azərbaycanlılara qarşı törədilən cinayətlərin  tarixi mərhələlərini izah edərək  şagirdlərlə  mart soyqırımı hadisələrini  sual-cavab şəklində davam etdirildi. Şairə Solmaz Elqızı tədbirdə çıxış edərək soyqırım qurbanlarına həst etdiyi şeirlərini oxudu.

Tədbirdə “1918-ci ilin şahidləri”  adlı video çarx nümayiş olundu. 31 Mart Azərbaycanlıların Soyqırımı – 100” sərgisinə və Heydər Əliyev Mərkəzinin ekspozisiya zalına baxış keçirildi.

 

 

 

 

Foto Qalereya