Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Tədbirlər
2 Aprel , 2018

Bu gün məşhur nağılçı Hans Xristian Andersenin doğum günüdür, həm də Beynəlxalq Uşaq Kitabı Günü. Alman yazıçısı Yella Lepman 50 il bundan öncə belə bir ideya irəli sürüb ki, Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunsun. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən bu ideya dəstəklənib, alqışlanıb və həmin vaxtdan hər il aprel ayının 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.

Qax rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi də bu bayramı öz balaca oxucuları ilə keçirdilər. Uşaq şöbəsinin işçiləri şəhərdə fəaliyyət göstərən uşaq baxçalarına uşaqların görüşünə getdilər. Bağça uşaqlarına şəkilli kitablar, səsli nağıllar və kiçik hədiyyələr aparıldı. Balacalar üçün “Nağıl saatı”, “Ucadan oxu” təşkil edildi. Kitabxanaçıların oxuduqları nağıllara balacalar maraqla qulaq asırdılar. Göstərilən səsli nağıllar onlarda şən əhval yaradırdı. Kitabxanaçıların gəlişi bağçalarda böyük şənliyə səbəb oldu. Körplərin sevinclərinin həddi-hüdudu yox idi.

Uşaqlar bizim gələcəyimizdir. Onları kitab oxumağa, elmlərə yiyələnməyə həvəsləndirmək, kömək etmək bizim borcumuzdur.

Foto Qalereya