Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Tədbirlər
4 Aprel , 2018

Bu gün Qax rayon MKS-nin  C. Cabbarlı adına Mərkəzi Kitabxanasında "Mədəniyyət" qəzetinin 25-ci sayında dərc olunmuş Mədəniyyət və Turizm Nazirliyi, Kitab dövriyyəsi sektorunun müdiri, dosent Lətifə Məmmədovanın “Tarixi faciə”  Mart soyqırımından  100 il keçir”  adlı məqaləsinin müzakirəsi keçirildi. Tədbirdə 1918-ci ildə törədilən soyrırım hadisələrindən geniş və əsaslı şəkildə bəhs edən bu məqalənin müəllifi haqqında məlumat verildi.

Lətifə Adil qızı Məmmədova - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri, "Azərbaycanda erməni-siyasi təşkilatlarının fəaliyyəti" (1918-1920-ci illər) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Tarixçi alimdir.

Kitabxana-informasiya sahəsinin inkişafına dair 4 kitabın və 50-dən çox məqalənin müəllifidir, bundan başqa, 5 kitabın tərtibçisi və elmi redaktoru olmuşdur.

 “Heydər Əliyev və mədəniyyət” üç cildliyin redaktoru,

 “Prezident İlham Əliyev və mədəniyyət 2003-2008” iki cildliyinin həmtərtibçisi,

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” (Azərbaycan, rus, ingilis, ərəb dillərində) kitabının redaksiya şurasının sədri,

 “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” 2 cildliyinin həmtərtibçisi olmuşdur (2013 ).

2011-ci ildən hal-hazıradək YUNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədridir.

  “Tarixi faciə” məqaləsində  zaman və məkan daxilində mart soyqırımının başvermə səbəbləri və nəticələri ətraflı təhlil olunub. Məqalədə qeyd edilir ki, 1918-ci ilin mart hadisələri xalqımıza çox ağır itkilər verib. Belə ki, minlərlə günahsız soydaşımız öldürülüb, didərgin düşüb, onlara əvəzi heç nə ilə ödənilə bilməyəcək maddi və mənəvi ziyan vurulub.  Bu faciəli günlər arasında 31 mart soyqırımı xüsusi amansızlığı və qəddarlığı ilə seçilir. Mart soyqırımı ermənilərin havadarlarının köməyi ilə xalqımızın başına gətirdikləri ən böyük faciələrdən biridir. Bu soyqırımı zamanı 50 min azərbaycanlı qətlə yetirilib. Lakin heç bir faciə xalqımızın milli özünüdərki və müstəqil dövlət qurmaq əzmini qıra bilməyib.

Məqalədə Mart soyqırımının insanlığa qarşı qəddar cinayət olduğu göstərilməklə yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etməyin vacibliyi göstərilir.

Tədbirdə şəhər məktəbliləri və mədəniyyət işçiləri iştirak edirdilər.

 

 

 

 



Foto Qalereya