Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Tədbirlər
10 Aprel , 2018

Qax rayon Mərkəzi Kitabxanası Azərbaycan kinosunun 120 və görkəmli Azərbaycan aktyoru Həsənağa Turabovun anadan olmasının 80 illik yubileyi münasibətilə 10 aprel 2018-ci il tarixində “Azərbaycan kinosu və kino inciləri” adlı dəyirmi masa keçirdi.Tədbir Azərbaycanın görkəmli aktyoru İsmayıl Dağıstanlının xatirə muzeyində təşkil olunmuşdu. Tədbir iştirakçıları İsmayıl Dağıstanlının həyat və yaradıcılığını əks etdirən eksponatlara,“Azərbaycan kinosu-120” və  “Əfsanəvi –Həsənağa Turabov “ adlı sərgilərə baxdılar.. Tədbiri giriş sözü ilə muzeyin direktoru A. Zehirov açdı. Tədbiri Qax MKS-nin direktor müavini A. Əfəndiyevaya aparırıdı. Tədbirdə “Azərbaycan kinosunda azərbaycançılıq mövzusu”, “Azərbaycan kino inciləri - “Arşın Mal alan” adlı məruzələr dinlənildi. Sonra ölməz aktyorumuz Həsənağa Turabovun sənətkarlıq fəaliyyətindən bəhs edən “Gəray bəy ömrü yaşayan sənətkar” və

“Əvəzolunmaz aktyor Həsənağa Turabov” adlı  məruzələrdən maraqlı məlumatlar dinlənildi. Tədbirdə MKS-nin direktoru G. Əhmədovanın, mədəniyyət işçiləri Ş. Quliyevin, S. Əfəndiyevanın   mövzuyla bağlı maraqlı çıxışları oldu.

Tədbirdə Azrəbaycan kinosunun inkişaf tarixi və Həsənağa Turabovun sənət fəaliyyəti haqqında video çarxlar nümayiş olundu.

 

Foto Qalereya