Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Tədbirlər
13 Aprel , 2018

Müsabiqənin I turunun I mərhələsi Qax, Zaqatala, Oğuz, Balakən və Şəki rayonlarında keçirilmiş, qaliblər müəyyən olunmuşdu.   

2018-ci il aprelin 13 də Şəki şəhərində "Nəsimi poeziyası" bədii qiraət müsabiqəsinin I turunun II mərhələsi keçirildi.  Yerlərdə keçirilən müsabiqənin qalibləri Nəzimi poeziyasının inciləri ilə bədii qiraət hazırlamışdılar.  İki nəfər, Qax və Şəki məktəbliləri Jalə Əfəndiyeva və Duyğu Rəcəbli daha uğurlu çıxışları ilə Bakıda keçiriləcək müsabiqədə iştirak etmək hüququ qazandılar.

Qax şəhər 2 saylı  məktəb-liseyin  XI sinif şagirdi Jalə Əfəndiyeva Nəsiminin "Etməgil" qəzəli ilə müsabiqəyə qatılmışdı.. Qaliblər may ayında Bakı şəhərində keçiriləcək  "Nəsimi poeziyası" bədii qiraət müsabiqəsinin II turuna qatılacaqlar.  İnanırıq Bakıda keçirələcək müsabiqədə kitabxanamızın fəal oxucusu Jalə Əfəndiyeva Bakı müsabiqəsində bizi uğurla təmsil edəcəkdir.

Foto Qalereya