Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
17 Aprel , 2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 01 fevral 2016-cı il tarixli 22 nömrəli əmrinə əsasən kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar görüləcək işlərə dair Tədbirlər Planına uyğun olaraq azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədi ilə 2016-cı ilin fevral ayından etibarən Facebookda “Kitabsevər usaqlar” səhifəsi yaradıldı.

Səhifə məktəblilər və kiçik yaşlı uşaqların kitaba, mütaliəyə maraqlarını artırmaq məqsədi daşıyır. Təbii ki, kiçik yaşlıların valideyləri səhifəmizə uşaqları ilə birgə baxacaqlarını, uşaqları üçün məlumatlar götürəcəyini nəzərə alıb paylaşdıqlarımızın maraqlı və oxunaqlı olmasına çox çalışırıq. Nəticəsi də yaxşı oldu, valideylərin reaksiyasından-səhifə bəyənmə və paylaşmalarından məlum oldu ki, məqsədimizə çatırıq.
“Kitabsevər uşaqlar” Facebook səhifəsində uşaqlar və valideynlər üçün faydalı məsləhətlər, məktəb, təhsil, metodiki yazılar, şairlərimizin vətən, təbiət, ana, müəllim, bayraq, vətənpərvərlik və s. mövzularda şeirləri, nağıllar, səsli nağıllar, məntiqə, elm sahələrinə aid məlumatlar, uşaq yumoru, tapmacalar, yanıltmaclar, atalar sözləri, dünyada olan maraqlı hadisələr, tarixi şəxsiyyətlət, milli-mənəvi dəyərlərimiz, heyvan və bitkilər aləmi, yeni uşaq kitabları haqqında məlumatlar, uşaq ədəbiyyatının elektron kitabları, kiçik yaşlı uşaqlar üçün boyama, oriqami və s. paylaşımlar etməklə “Kitabsevər uşaqlar” Facebook səhifəsinin istifadəçilərinin diqqətini səhifəmizə cəlb edirik ki, valideynlər öz balaları üçün səhifəmiz vasitəsilə yararlansınlar.
Həmçinin səhifəmizdə Azərbaycanın görkəmli şairlərindən N.Gəncəvi, M. Füzuli, Nətavan, M.S. Ordubadi, C.M.Quluzadə, A.Şaiq, A.Səhhət, M. Müşfiq, B. Vahabzadə, M. Araz, N.Xəzri, H.Cavid, H.Arif, Z.Xəlil, R.Rza, T. Mütəllibov, S.Vurğun, H.Ziya, S.Rüstəm, və b. şair və yazıçılar haqqında məlumat və yaradıcılıqlarından nümunələr yerləşdirilmişdir. Tarixi şəxsiyyətlər, tarixi yerlər haqqında paylaşımlar da səhifədə yer alır. Əlamətdar və tarixi günlər səhifəmizdə işıqlandırılır. Dünya ədəbiyyatı nümunələri, nağıl və elektron kitab şəklində kitabsevərlərə təqdim olunur. “Kitabsevər uşaqlar” səhifəsi daha çox maraq yaratmaq üçün viktorinalar, sual-cavab, krasvod, riyazi məsələlər kimi paylaşımlar etmiş, istifadəçilər tərəfindən bəyənilmişdir. 
“Kitabsevər uşaqlar” Facebook səhifəsi viktorinalar keçirir. 15 mart-15 aprel 2018-ci il tarixləri arasında “Nağıllara səyahət” adlı viktorinaya start verdik. 30 suala cavab vermək lazım idi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektoru tərəfindən Viktorinanın I–II-III yerlərini tutan qaliblər YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin Diplomu və qiymətli kitab hədiyyələri ilə mükafatlandırıldılar. Viktorinanın qaliblərindən biri də Qax şəhər 2 saylı məktəb-liseyin 2-ci sinif şagirdi Ələsgər Tural oğlu Vəlizadə oldu. Ələsgər müsabiqədə iştirak edərək II yerə layiq görüldü.
Qax rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində məktəblilərin iştirakı ilə “Kitabsevər uşaqlar” Facebook səhifəsinin təqdimatı keçirildi. Məktəblilərə sosial şəbəkələrdə yaradılmış “Kitabsevər uşaqlar” Facebook və YouTube səhifələri haqqında məlumat verildi. “Kitabsevər uşaqlar” Facebook səhifəsinin PowerPointd’ təqdimatı göstərildi. “Nağıllara səyahət” müsabiqəsində II yerə layiq görülmüş Ələsgər Vəlizadə Diplom və hədiyyələrlə təltif olundu.

“Kitabsevər uşaqlar” Facebook səhifəsi az vaxtda bu günün məlumatına görə 9 290 nəfər tərəfindən bəyənilmiş, 9 291 nəfər izləyicisi vardır. Bu rəqəmlərin getdikcə artacağına əminik. Dünyanın bir çox ölkələrindən, Azərbaycandan əlavə, Türkiyə, Birləşmiş Krallıq, Suriya, Rusiya, Belorusiya, Gürcüstan, Amerika BŞ, Almaniya, Qazaxıstan, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirliyi, Avstriya, Misir, Kipr və onlarla ölkələrdən səhifənin izləyiziləri vardır.

“Kitabsevər uşaqlar” Facebook səhifəsində paylaşılan statusların bəyənilməsindən və yazılan rəylərdən aydın olur ki, səhifəmiz izləyicilər tədəfindən rəğbətlə qarşılanır. İstifadəçilər onlara lazım olan məlumatları əldə etmək üçün “Kitabsevər uşaqlar” Facebook səhifəsinin inboksuna müraciət edir, onlara lazım olan məlumatları operativ olaraq göndərilir.
Səhifəmiz valideynlərə övladlarının mütaliəyə həvəsini və kitaba olan marağını artırmağa, bizim vasitəmizlə daha çox biliklər əldə etməyə, məlumatlanmağa, dünyagörüşlərini artırmağa kömək etmək məqsədi daşıyır.

Əsli İbrahimova,
Qax MKS C. Cabbarl adına Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri, “Kitabsevər uşaqlar” Facebook səhifəsinin admini.

Foto Qalereya