Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Tədbirlər
20 Aprel , 2018

 Aprel ayında Azərbaycanın  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın  həm anım, həmdə doğum günləri qeyd olunur. 20 aprel tarixində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada Zərifə xanım Əliyevanın həm 95 illiyi, həm də xatirə günü münasibətilə “Nura qərq olan ömür”  adlı xatirə gecəsi keçirildi. Kitabxanada Zərifə xanımın  həyatını və həkimlik fəaliyyətini əks etdirən foto sərgi təşkil olunmuşdu. Tədbirdən öncə sərgiyə baxış keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru G.Əhmədova açdı. Kitabxananın əməkdaşı Gülər Əhmədova Zərifə xanımın həyat bioqrafiyasını əks etdirən ”Gözlərə nur, qəlblərə səadət bəxş edən insan” adlı məruzə ilə çıxış etdi. Şairə S.Əfəndiyeva Zərifə xanımla bağlı xatirələrini söylədi.

Tədbirin sonunda şair Bəxtiyar Vahabzadənin  Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş ”Mərsiyə-rekviyem"dən parçalar söylənildi .

 

Foto Qalereya