Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
6 Avqust , 2018

Doğrudanda hər bir mahalı, obanı məhşurlaşdıran, müqəddəsləşdirən oraya mənsub olan insanlardı. Elə insanlar ki, onların yoxluğu əməllərində görünsün. Avqustun 6-da bizi Qaşqaçay kəndinə aparan arzu, istək də şəhid övladımız Cavanşir Rəhimovun məhz  o torpaqda göz açması, o torpağın oğlu olması idi.

 

Vətən mənə nə verdi?

Qışqırıb bunu deyən.

Vətəndən nə umursan?

Bir yol özündən soruş,

Sən Vətənə nə verdin?

Səndən başlanır Vətən!

 

Vətən uğrunda ölən varsa Vətəndir. Böyük Məmməd Araz deyirdi: ”Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” Bu gün biz fəxarətlə deyirik: - Vətən sənə oğul deyir, Cavanşir!

            Avqustun 6-da Qaşqaçay kəndində Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş ”Qaxımızın Cavanşiri” adlı anım günü keçirildi. Tədbirdə rayonumuzun ziyalıları,  gəncləri iştirak edirdi. Ziyalılardan YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri S.Əsgərova, Maliyyə İdarəsinin rəisi R. Məmmədov, Qax İdman Gənclər İdarəsinin rəisi Ə.Bayramov, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi D.Əzizova, Qaşqaçay kənd Bələdiyyəsinin sədri R.Cəlilov,  Qaşqaçay tam orta məktəbinin direktoru Zəminə Babayeva, Nizami Yunusov, Qax MKS-nin direktoru Güllü Əhmədova, Qax Bələdiyyəsinin sədr müavini Günel Məmmədova, Qax rayon İH-nin nüamyəndəsi Orxan Səmədov, şəhid ailələrindən Tahirə xanım, Şükufə xanım çıxış etdilər. Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə Rəhimova sonda çıxış edərək tədbir təşkilatçılarına şəhid oğlunun xatirəsini andıqlarına görə minnətdarlığını bildirdi.

            Tədbirdə gənclərdən Günel Əhmədova, Aytac İbrahimli, Rəhim Yunisli, Lalə Mirzəyeva vətənpərvər mövzulu mahnı və şerlərlə tədbirə  ruh verdilər.

Tədbirin sonunda  Cavanşir Rəhimovun əziz xatirəsinə həsr olunmuş

“Cavanşir” sənədli filmi nümayiş olundu.

 


Foto Qalereya