Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
11 Sentyabr , 2018
Yay məktəbləri çərçivəsində  növbəti tədbiri qədim tarixi yerlərdə keçirməyi qərara gəldik. Sentyabrın 11-də balaca oxucularımızla rayonumuzun ən səfalı və tarixi məskəni olan İlisu kəndində olduq. İlisunun tarixi məkanlarını-abidələrini ziyarət etdik. İlk getdiyimiz yer İlisu kəndində yerləşən Sumuq qala oldu. Sumuq qala Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsidir. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün  inşa edilən müdafiə qülləsidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul ) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.
Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.
Daha sonra ekskursiyamızı "Ulu körpü"də davam etdik..Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.
Yay məktəbləri çərçivəsində keçirdiyimiz tədbir balaca oxucularımızın sevincinə səbə olmuşdu. Vətənimizi , tarixi məkanlarımızı öyrənmək və tanıtmaq hər birimizin borcudur.
Foto Qalereya