Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
21 Sentyabr , 2018

20 avqust-21 sentyabr “Sulh aylığı “ ilə əlaqədar Qax MKS-nin bütün kitabxana filiallarında tədbirlər planı tutulmuş və həyata keçirilmişdir. Sülh günü münasibətilə hər bir müəssisədə sərgi və guşə təşkil olunmuşdur. C.Cabbarlı adına Mərkəzi kitabxanada “Sülhə səsləyən ədəbiyyat”, “Sülh mövzusu rəsm əsərlərində“ adlı sərgilər təşkil olunmuşdur. “Bəşəriyyətə sülh gərəkdir” adlı məktəbli oxucularla asfaltüstü rəsm müsabiqəsi keçiirlmişdir. Almalı kənd kitabxanasında ”Bəşəriyyətə sülh gərəkdir” adlı dəyirmi masa, Marsan kənd kitabxanasında “Mən sülhə səs verirəm” adlı sual-cavab gecəsi keçiirlmişdir. İlisu kənd kitabxanasında “Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir” adlı oxucu konfransı, Əmbərçay kənd kitabxanasında “Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Bir çox filial kənd kitabxanalarında “Biz sülh istəyirik!”, “Müharibəyə yox deyirik!”, “Sülh arzulu körpələr”, “Körpə sevinci  sülhə bağlıdır”, “Qoy həmişə günəş olsun!” adlı tədbirlər keçirilmişdir. 1 saylı şəhər kitabxansında “Sülhə gəlin ey insanlar” adlı ədəbi-bədii kompozisiya, Ağçay kənd kitabxanasında ”Biz sülh istəyirik!” adlı məlumat saatı keçiirlmişdir. Uşaq kitabxanasında “Sülh göyərçini“ adlı nağıl səhnələşdirilmiş, Nağıl otağında  təqdim olunmuşdur. Şəhər 2 saylı kitabxanada “Sülh bayrağı dalğalansın, hər tərəfə sülh yayılsın” adlı uşaq səhərciyi, Əmbərçay kənd kitabxanasında “Sülh əminamanlıq və barış“ hamının arzusudur” adlı məruzə dinlənilmişdir.