Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
26 Sentyabr , 2018
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə Qax MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasında 26 sentyabr 2018-ci il tarixində qəhrəmanın ölməz xatirəsinə həsr olunmuş "Əfsanəvi Mixaylo" adlı tədbir keçirildi. Tədbirdə Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi və sənədli film nümayiş olundu. Kitabxananın əməkdaşları Firuzə Yunusova, Lalə Mirzəyeva, Gülnar Əfəndiyeva, Solmaz Əfəndiyeva ölməz qəhrəmanın həyat və döyüş yolu ilə bağlı maraqlı məlumatları tədbir iştirakçılarına çatdırdılar.
Mehdi Hüseynzadə kimi qəhrəmanlar ölmürlər, onların şanlı xatirəsi daim qəlbimizdə yaşayır.

Foto Qalereya