Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
10 Oktyabr , 2018

Qax  rayon MKS-nin C. Cabbarlı adına Mərkəzi Kitabxanada Məmməd Arazın 85-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. MKS-in direktoru Güllü Əhmədova tədbiri açaraq qonaqları salamladı və tədbirin məramını açıqlayaraq tədbiri aparmaq üçün sözü kitabxananın əməkdaşı, şairə Solmaz Əfəndiyevaya (Elqızı) verdi. Tədbirdə Qax rayon 4 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Pəri Novruzova Azərbaycanın xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Qax rayon S. Vurğun adına Mədəniyyət İdarəsinin metodisti Nuriyyə Əlimova və C.Cabbarlı adına Mərkəzi Kitabxananın Metodiki-biblioqrafiya şöbəsinin metodisti Firuzə Yunusova  xalq şairi Məmməd Arazın Azərbaycan poeziyasının  yaddaşlarda qalan və sevilən yaradıcılığından söhbət açdılar.

Şəhər 4 saylı tam orta  məktəbin 3-cü sinif şagirdi Zeynəb Rəhimova və 7-ci sinif şagirdi Mehriban Abdullayeva şairin "Əlvida dağlar", "Dünənimə qaytar məni" adlı şerlərini əzbər söylədilər. Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Dilarə Əzizova çıxış edərək görkəmli şair Məmməd Araz yaradıcılığı haqqında xoş sözlər deyərək  şairlə bağlı universitet  xatirələrindən  danışdı.

Tədbirdə  Məmməd Arazın şerləri səsləndirilən videoçarx nümayiş olundu. Tədbirin sonunda   xatirə şəkilləri çəkildi.

Foto Qalereya