Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
12 Oktyabr , 2018
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
1991- ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Qax rayon MKS-in C.Cabbarlı adına Mərkəzi Kitabxanasının oxu zalında 18 oktyabr Azərbaycanın Müstəqillik gününə həsr olunmuş “Mütəqilliyimiz əbədidir, dönməzdir!” adlı tədbir keçirildi.Tədbirdə MKS-nin direktoru G.Əhmədova, şairə Solmaz Elqızı, ŞRMİ məsləhətçisi D.Əzizova, Qax Günərzi Qayğı Mərkəzinin rəhbəri S.Süleymanova, tarix müəllimi N.Əzimova çıxış edərək, Azərbaycan xalqını 18 Oktyabra aparan yolu nə qədər mürəkkəb olsa da, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli olduğunu, dövlət müstəqilliyi, onun əldə edilməsi, müstəqilliyi qazandıqdan iki il sonra xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdiyindən söz açdılar.
Tədbirdə maraqlı o idi ki, şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nurlana Əzimova tərəfindən 11-ci sinif şagirdləri ilə “Mütəqilliyimiz əbədidir, dönməzdir!” mövzusunda Açıq dərs keçirildi. 
Sonda Azərbaycanın Müstəqillik gününə həsr olunmuş video çarx nümayiş olundu.
Foto Qalereya