Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
22 Oktyabr , 2018

Görkəmli partiya və dövlət xadimi. Nizami adına İlisu kənd orta məktəbini bitirərək  1952-ci ildə Şəki iki illik Müəllimlər İnstitutunu , 1954-cü ildə Azərbaycan Dövlət pedoqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. Rayon partiya komitəsində şöbə müdiri, "Kolxoz səsi" indiki "Şəlalə" qəzetinin redaktoru, 1959-cu ildən Qax rayon PK-nin ikinci katibi, az sonra isə birinci katibi seçilmişdir. Həmçinin 1963-cü ildə Zaqtala, Qax, Balakən rayonlarının birləşməsi ilə əlaqədar üç rayonun XDS İcraiyyə Komitəsinin sədri, 1964-cü ildə Qax rayonunun yenidən bərpasından sonra rayon partiya komitəsinin, 1970-ci ildən Balakən rayon partiya komitəsinin birinci katibi işləmişdir.1974-cü ildən Azərbaycan SSR NS-də referat işləmişdir.

Azərbaycan KP MK-nin XXV, XXVI, XXVII,XXVIII qurultaylarının nümayəndəsi  olmuş, MK-nın tərkibinə seçilmişdir.

Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, 1945-ci illərdə "Arxa cəbhədə fədakar əməyinə görə" medalı, çoxsaylı digər medallar, Ali Sovetin fəxri fərmanları, SSRİ XTNS-nin iki qızıl və bir bürünc medalı ilə təltif olunmmuş, Respublikanın "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür.

1981-ci ildə təqaüdə çıxmış, ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.