Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
26 Oktyabr , 2018

Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində bölgələrdə silsilə tədbirlər 26 oktyabr 2018-ci il tarixində Qax şəhərində davam etdi. Tədbir Qax Rayon Mədəniyyət Mərkəzində keçirildi. Ziyalıların və kitabsevərlərin də iştirak etdiyi tədbiri ŞRMİ Qax rayon üzrə məsləhətçisi Dilarə Əzizova açaraq “Uşaq Kitab Karvanı”-ı ilə gəlmiş qonaqları salamladı və tədbirin əsas məqsədini tədbir iştirakçılarına açıqladı.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək “Uşaq Kitab Karvanı” layihəsi barədə geniş məlumat verdi. O bildirdi ki, layihənin əsas məqsədi səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. 2011-ci ildən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi vasitəsilə indiyədək keçirilən tədbirlərdə bölgələrdə fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin uşaq şöbələri və filiallarına 23 mindən çox kitab hədiyyə olunub.

Tədbirdə çıxış edən Qax rayon MKS-nin direktoru Güllü Əhmədova 7 ildən bəri uğurla davam edən “Uşaq Kitab Karvanı” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək rayonun kitabsevərləri adından layihənin təşkilatçılarına təşəkkürünü bildirdi.

Tədbirdə “Uşaq Kitab Karvanı”-ı ilə gəlmiş Azərbaycanın tanınmış uşaq yazarları Ələmdar Quluzadə, Solmaz Amanova, Reyhan Yusifqızı və Sevinc Nuruqızı öz yaradıcılıqları haqqında danışaraq uşaqlar üçün şeirlər oxudular. Sonra Mərkəzi Kitabxananın hazırladığı bədii proqramla tədbir davam etdirildi.

Tədbir iştirakçıları uşaq ədəbiyyatından tərtib olunmuş geniş kitab sərgisi və uşaq yaradıcılığına həst olunmuş əl işlərindən və rəsm əsərlərindən ibarət sərgilərlə tanış oldular.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 250 nüsxə uşaq ədəbiyyatı hədiyyə edildi. 

Foto Qalereya