Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
6 Dekabr , 2018

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla  cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevi sayğı və minnətlə anırıq. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.Allah məkanını cənnət eləsin.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı  təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq  bu dahi şəxsiyyətin əsas məqsədi olub.

Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədovanın “Azərbaycan tarixinin yetişdirdiyi nadir sima” mövzusunda məruzəsi dinlənilib.

Çıxış edənlər A.Iliyev, X.Süleymanova, M.Xəlilova  bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Anım tədbirinin sonunda Ulu Öndərə həsr olunan film nümayiş etdirildi.

 

Foto Qalereya