Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
17 Dekabr , 2018

17 dekabr tarixində yazıçı İmran Qasımovun anadan olmasının 100 illiyi münasibətilə C.Cababrlı adına Mərkəzi Kitabxanada “Ədəbiyyatda əbədiləşən ömür” adlı dəyirmi masa keçiirldi. Tədbirdə İmran Qasımovun həyatı və yaradıcılığı haqqında Qax MKS-nin direktor müavini A.Əfəndiyeva məruzə etdi. Yazıçının Həsən Seyidbəyli ilə birlikdə yazdığı “Uzaq sahillərdə” və “Dəniz cəsurları sevir”, “ İnsan məskən salır” , “ Xəzər üzərində şəfəq” adlı əsərləri haqqında tədbir iştirakçılarına məlumat verildi.

İmran Qasımov 63 il ömür yaşayıb.Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub.O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.