Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
19 Dekabr , 2018

 19 dekabr tarixində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə C.Cabbarlı adına Mərkəzi Kitabxanada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən İmran Qasımov və Həsən Seyidbəylinin birgə yazdıqları “Uzaq sahillərdə” əsərinin müzakirəsi  keçirildi. Tədbirdə kitabxananın metodiki-biblioqarfiya şöbəsinin müdiri R.Xəlilova, Toppax kənd kitabxanasının işçisi G.Əhmədova və xidmət şöbəsinin işçisi S. Hacıyeva əsərin məzmunundan, Mixayonun keçdiyi əfsanəvi döyüş yolundan, əsərin müasir dövrlə səsləşən vətənpərvərlik ideyasından danışdılar. "Uzaq sahillərdə" kitabının müzakirəsi fəal oxucu-kitabxanaçı dioloqu şərairdə keçdi. Tədbirin sonunda “Uzaq sahillərdə” filmindən kadrlar göstərilərək Mehdi Hüseynzadənin həyat yoluna həsr olunmuş “Əfsanəvi Mixaylo” sərgisinə baxış keçiirldi.