Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
28 Yanvar , 2019
Qax rayon C. Cabbarlı adına Mərkəzi kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olam Məmməd Əmin Rəsulzadənin 135 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransı giriş sözü ilə Qax MKS-in direktoru Güllü Əhmədova açaraq qeyd etdi ki,  Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin  görkəmli və böyük şəxsiyyətlərindən olub. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadə   Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Konfransda Metodiki-biblioqrafiya şöbəsinin müdiri Reyhan Xəlilova "Dahi mütəfəkkir Məmməd Əmin Rəsulzadə" adlı məruzə ilə çıxış etdi. Kitabxananın həmkarları A.Əfəndiyeva, G. Maqsudova, R. Rəşidova, S. Əfəndiyeva M.Ə.Rəsulzadənin həyatı, fəaliyyəti, yaradıcılığı, mühacirət tarixi, ailəsi haqqında danışdılar. Tədbirdə ŞRMİ Qax rayon üzrə baş məsləhətçisi Dilarə Əzizova çıxış edirdi. 
Tədbir iştirakçıları "Bir kərə yüksələn bayraq, bir daha enməz!" adlı video çarxla tanış oldular.




Foto Qalereya