Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Elanlar
30 Yanvar , 2019

Elan

Kitabxanamızda 1 fevral 2019-cu il tarixindən 1 may 2019-cu il tarixinə qədər “Oxu bayramı” müsabiqəsi keçiriləcək.

Əhalidə mütaliə vərdişlərinin inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaq üçün region kitabxanalarında “Oxu bayramı” müsabiqələri keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə regionlarda “Oxu bayramı” müsabiqəsinin təşkili layihəsini rəhbər tutaraq Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi əhali arasında kitaba və kitabxanalara, mütaliəyə marağı artırmaq üçün "Oxu bayramı" müsabiqəsinə start verir.

Müsabiqənin layihəsini təqdim edirik:

I Müsabiqənin məqsədi:

Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə “Oxu bayramı” mütaliə ənənələrinin təbliği, perspektivləri.

II Müsabiqədə iştirak.

Müsabiqədə 15-30, 30-50 və 50 yaşdan yuxarı kitabsevərlər iştirak edə bilər.

III Tələb olunan sənədlər.

1.Mərkəzləşdirilmiş kitabxana Sistemlərinin direktorları tərəfindən təqdim olunan arayış.

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Oxunmuş kitabların siyahısı.

4.Oxucu anketinin surəti

Qeyd: sənədlərin qəbulu 01 may 2019- cu il tarixində başa çatır.

IV Qiymətləndirmə meyyarı

Oxucu tərəfindən oxunmuş kitabların sayı.
Müsabiqə iştirakçılarının mütaliə etdiyi kitablar barədə informasiyalıq səviyyəsi.

                                 Müsabiqədə

I yer üçün -    bir

II yer üçün -  iki

III yer üçün -  üç nəfərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

I yer   -    300 manat

II yer  -     200 manat

III yer -    100 manat

Bundan əlavə 5 nəfərə həvəsləndirici mükafatlar, 5 nəfərə isə müxtəlif hədiyyələr təqdim ediləcəkdir .

 Təşkilat komitəsi.