Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
30 Yanvar , 2019
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göstərişi ilə ulu öndər Heydər Əliyevin 96-cı ildönümü münasibətilə regionlarda "Oxu bayramı" müsabiqəsinin təşkil edilməsi həvalə olunub. Müsabiqə kitaba və kitabxanalara marağı artırmaq, insanları mütaliəyə cəlb etmək məqsədi daşıyır.
Müsabiqənin layihəsini təqdim edirik:
I Müsabiqənin məqsədi:
Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə “Oxu bayramı” mütaliə ənənələrinin təbliği, perspektivləri.
II Müsabiqədə iştirak.
Müsabiqədə 15-30, 30-50 və 50 yaşdan yuxarı kitabsevərlər iştirak edə bilər.
III Tələb olunan sənədlər.
1.Mərkəzləşdirilmiş kitabxana Sistemlərinin direktorları tərəfindən təqdim olunan arayış.
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Oxunmuş kitabların siyahısı.
4.Oxucu anketinin surəti
Qeyd: sənədlərin qəbulu 01 may 2019- cu il tarixində başa çatır.
IV Qiymətləndirmə meyarı
Oxucu tərəfindən oxunmuş kitabların sayı.
Müsabiqə iştirakçılarının mütaliə etdiyi kitablar barədə informasiyalıq səviyyəsi.
Müsabiqədə
I yer üçün - bir
II yer üçün - iki
III yer üçün - üç nəfərin mükafatlandırılması nəzərdə tutulmuşdur.
I yer - 300 manat
II yer - 200 manat
III yer - 100 manat
Bundan əlavə 5 nəfərə həvəsləndirici mükafatlar, 5 nəfərə isə müxtəlif hədiyyələr təqdim ediləcəkdir .
Müsabiqədə iştirak etmək istəyənlər tələssinlər,  1 may 2019-cu il tarixində sənədlərin qəbulu başa çatır.