Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
4 Fevral , 2019
İmanova Güllər Yəhya qızı 1930-cu ilin iyul ayında Qax rayonunun Qax Muğal kəndində anadan olmuşdur. İndiki Qax şəhər 1 nömrəli orta məktəbi (1947) bitirib. Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil alıb. 1962-ci ildən 1965-ci ilədək Qax rayon Mədəniyyət Şöbəsinə rəhbərlik etmişdir.1965-ci ildən Qax rayon partiya komitəsində təlimatçı (instruktor) işləyib.1970 – ci illərdə N.Nərimanov adına Qax rayon kinoteatrının inşasına rəhbərlik edib.Kinoteatrın ilk direktoru olub.Təqaüdə çıxmazdan öncə kənd təsərrüfatı idarəsində işləyib. 
1970-ci ildə Leninin 100 illik yubiley medalı ilə təltif edilmişdir.
1973-1974-1976-cı illərdə Sosializm yarışının qalibi olmuşdur.
SSRİ kinomotoqrafiya əlaçısı ,Sovet kinosunun 50 illiliyi döş nişanı , "Əmək veteranı" medalı ilə təltif edilib.
1976-cı il 23 dekabr tarixində 1046355 №-li "Qırmızı Əmək Bayrağı" - SSRİ ordeni ilə təltif edfilmişdir.
1976-cı il 23 dekabr tarixində Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilmişdir.
1970-1980-cı illərdə Qax rayon sovetlərinin bir neçə çağırış deputatı olub.
2009-cu ilin 17 mart tarixində vəfat edib.