Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
4 Fevral , 2019
Omarov Nəzir Osman oğlu 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Qaxmuğal kənd orta məktəbinin birinci sinfinə getmişdir. Orta məktəbdə oxuduğu illərdə Qax rayon Uşaq İncəsənət məktəbinin tar sinfində təhsil almışdır. İlk əmək fəaliyyətinə 1972-ci ildə Qax rayon Uşaq İncəsənət məktəbində başlamışdır. 1974-76-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Qaxmuğal kənd mədəniyyət evinin bədii rəhbəri və direktoru vəzifələrində çalışmışdır. Ailə vəziyyəti ilə əlaqədar 1979-1980-cı illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində olmuşdur.1982-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun mədəni maarif işi fakultəsində qəbul olunmuş, 1987-ci ildə bitirmişdir. Qiyabi təhsil aldığından oxuduğu müddətdə S.Vurğun adına rayon Mədəniyyət evində bədi rəhbər və direktoru vəzifəsində çalışmışdır.
1994-cü ildən 2006-cı ilədək Qax rayon Mədəniyyət şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Rayonda tanınmış idmançılardan olub, Qax rayon Güləş Federasiyasının Prezidenti seçilmişdir. Həmişə işinin, vəzifəsinin öhdəsindən layiqincə gəlib.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
2016-ci ilin aprel ayında ürək çatışmazlığı xəstəliyindən dünyasını dəyişib.