Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019

Elçin Əhmədv 1989-ci il aprelin 23-də Qax rayonunda doğulmuşdur. Elçin Əhmədovun avqustun 15-i nişan mərasimi baş tutmalı idi...

Kiçik gizir Elçin Əhmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Elçin Əhmədov doğulduğu Qax şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elçin Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.