Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Mollayev Abdulla Molla oğlu 1988-ci ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində oxuyub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra A.Mollayev Naxçıvan Muxtar Respublikasında və Goranboy rayonu ərazisindəki hərbi hissələrdə xidmət edib. Sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunan gənc zabit peşəkarlığı və işgüzarlığı ilə həmişə fərqlənib. 2015-ci il Dekabrın 6-a keçən gecə xidməti vəzifəsini yerinə yetirərkən, düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhidlik zirvəsinə ucalıb. Özündən sonra bir oğlu –Kənan yadigar qalıb. Şəhid baş leytenant Abdulla Molla oğlu Mollayevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından, müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, şəhidin il mərasimində onun ailəsinə təqdim edilib.