Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Ziyadov Mehdi Bəhram oğlu  10 dekabr 1964-cü il tarixində Qax rayonunun Qıpçaq  kəndində anadan olmuşdur. Qıpçaq kənd orta məktəbini bitirmiş (1982), sovxozda fəhlə işləmişdir. 1985-ci ildə Moldovada hərbi xidmətdən sonra Bakıda texniki peşə məktəbində mebel ustası peşəsinə yiyələnmiş, Mingəçevirdə məişət xidməti kombinatında işləmişdir. 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına getmişdir.O, Goranboy rayonunun Erkəç, Gülüstan, Buzuluq və sair kəndlərinin düşməndən təmizlənməsində iştirak etmişdir. Füzuli rayonunun Veysəlli kəndində baş vermiş son döyüşündə əsgərlərimizin mühasirdən çıxarılmasına böyük kömək göstərən, düşmənin 1 ədəd PDM-ni və 40-a dək əsgərini məhv edən Mehdi 1 iyul 1992-ci il, Füzuli rayonunun Veysəlli kəndi yaxınlığında şəhid olub. Ziyadov Mehdi Qax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmiş, Qıpçaq kənd tam orta məktəbinə onun adı verilmişdir.