Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Məmmədov Eldəniz Nəriman oğlu 4 avqust 1976-cı ildə Qax rayonunun Alamalı kəndində anadan olmuşdur. Qarabağ müharibəsi şəhididir. 1993-cü ildə Almalı kənd orta məktəbini bitirmiş, sonra həmin ilin avqustunda Milli Orduya çağırılmışdır. Bir neçə aylıq təlim-məşqdən sonra müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 1997-ci ilin əvvəllərində Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsinə göndərilmişdir. Mayın 5-də Ballıdağ strateji yüksəkliyində düşmənlə atışma zamanı ağır qəlpə yarası almış, hospitalda vəfat etmişdir.
E.Məmmədov Almalı kəndində dəfn olunmuşdur.