Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Əmirov Yalçın Həzrətəli oğlu  7 sentyabr 1970-ci il tarixində Qax rayonunun Zəyəm kəndində anadan olmuşdur. Zəyəm kənd orta məktəbini bitirmiş (1987), iki il kolxozda işləmişdir. Hərbi xidmətidən sonra yenidən təsərrüfatda çalışmışdır. 1992-ci ilin oktyabrında Milli Orduya çağırılan Yalçın Füzuli bölgəsinə göndərilmişdi. Onun daxil olduğu tabor strateji əhəmiyyətli yaşayış məntəqəsini və yüksəklikləri düşməndən qoruyurdu. 1993-cü il yanvarın 13–14-də döyüşlərin birində böyük igidlik göstərən Yalçın özü də həlak olmuşdur. Ermənilər igid əsgərimizin meyitini vermək istəmirdilər. Çox çətinlilə onu almaq mümkün olmuş və doğma kəndində dəfn edilmişdir.