Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Musayev Soltan Əziz oğlu 17 yanvar1965-ci ildə Qax rayonunun Güllük kəndində anadan olmuşdur. Güllük kənd orta məktəbini bitirmiş (1982), bir il sonra sovet ordusuna çağırılmışdır. Hərbi xidməti başa vurub Bakıdakı 55 nömrəli texniki peşə məktəbində mexanik, 19 nömrəli məktəbdə isə avtomobillərin elektrik avadanlığına texniki xidmət və təmir üzrə mexanik peşələrinə yiyələnmişdir. 1993-cü ilin dekabrında könüllü olaraq Milli Orduya getmişdir. Əvvəlcə Füzuli rayonunun Aşağı Veysəlli kəndində vuruşmuşdur. Cəbhə həyatı çox az çəkmiş, 1994-cü ilin yanvarında daha beş nəfər həmkəndlisi ilə birlikdə həlak olmuşdur. 
S.Musayev Güllük kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.