Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Məhyəddinov Məhərrəm Fərrux oğlu 29 sentyabr 1973-cü ildə Qaxda anadan olmuşdur. Qax şəhər 1 nömrəli məktəbdə və Respublika olimpiya ehtiyatları məktəbinin Qax filialında oxumuşdur. İdmanın karate növü ilə məşğul olurdu. Orta təhsil aldıqdan sonra konserv zavodunda işləyirdi. İstahsalat qəzası zamanı üçüncü dərəcəli yanıq alan Məhərrəm sonra heyvandarlıq birliyində işləməyə başlamışdı. Burada da buraz qırılaraq, ayağından zədə almışdır. Beləliklə, əslində, o, hərbi xidmətə yararsız idi. Lakin bunu qeyrətinə sığışdıra bilməyən gənc 1991-ci il dekabrın 16-da könüllü olaraq Milli Ordu sıralarına getmişdir. 1992-ci ilin martında cəbhə bölgəsində olan Məhərrəm avqust ayında qəlpədən yaralanmışdı. Hospitalda müalicədən sonra qısa müddətə evə buraxılan əsgər yarası hələ tam sağalmasa da cəbhəyə qayıtmışdı. O, altı ay Zəngilan rayonu ərazisində vuruşmuş, 1992-ci il dekabrın 10-da qeyri-bərabər döyüşdə əsir düşmüşdü. 1993-cü il yanvarın 20-də Moskva televiziyasının “Vesti” proqramı iki əsir yoldaşı ilə birlikdə Məhərrəmi də göstərmişdi. O, əsirlikdə özünü mərd Azərbaycan oğlu kimi aparmışdır. Bunu əsirlikdən xilas olmuş əsgərlərimiz də təsdiqləmişlər.
M.Məhyəddinov Qafan həbsxanasında erməni faşistlərinin vəhşiliklərinin qurbanı olmuşdur. “Onun igidliyi barədə “Azərbaycan”, “Sərhəd”, “İstiqlal”, “Şəlalə” qəzetlərində yazılar dərc edilmişdir.