Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Şahmirov Valeh Yusifəli oğlu  12 iyul 1960-cı ildə Qax rayonunun Lələi kəndində anadan olmuşdur.Lələli kənd məktəbinin səkkizinci sinfini (1975), Bakıdakı 55 nömrəli texniki məktəbi (1978) bitirmiş, aqreqatlar zavodunda işləmişdir. 1981-ci ildə sovet ordusunda hərbi xidmətdən sonra yenidən zavoda qayıtmışdır. 1987-ci ildə ailə vəziyyəti ilə əlaqədar Lələliyə gələrək kolxozda işləmişdir. 1993-cü ilin oktyabrında Milli Orduya xidmətə çağırılmışdı və 1994-cü ilin ilk günü Ağdərə–Tərtər bölgəsində idi. Burada gedən ağır döyüşlərdə özündən daha cavan olan əsgərlərə şəxsi nümunəsi ilə ürək-dirək verən Valehin cəbhə həyatı, təəssüf ki, təxminən iki həftə çəkmişdir.
V.Şahmirov Bakıda, ikinci Şəhidlər xiyabınında dəfn edilmişdir.