Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Hüseynov Niyaz Abdulsalam oğlu  1 yanvar 1970-ci ildə Qax rayon Lələli kəndində anadan olmuşdur. Doğma kəndindəki natamam orta məktəbdə oxumuş, Zəyəm kənd orta məktəbini bitirmişdir. 111 nömrəli Qax texniki peşə məktəbində rəngsaz-suvaqçı peşəsinə yiyələnən Niyaz sovet ordusunda xidmətdən qayıtdıqdan sonra Qax rayonunda tikintidə, kolxozda işləmişdir. 1992-ci ilin dekabrında Milli Ordu sıralarına çağırılmış, Qubadlı, Cəbrayıl rayonlarında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Onun xidmət etdiyi tabur Ağdam şəhərinin müdafiəsində göndərilmişdir. Döyüşlərin birində ağır yaralanan Niyaz həlak olmuşdur.
N.Hüseynov Lələlidə dəfn edilmiş, kənd məktəbinə onun adı verilmişdir.