Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
5 Fevral , 2019
Xəlilov Qüdrət İsfəndiyar oğlu (1.4.1966, Lələli k. – 13.1.1993, Beyləqan rayonu) – Lələli kənd məktəbini bitirib Zaqatala Politexnik Texnikumuna daxil olmuşdur. Lakin oranı hərbi xidmətdən qayıtdıqdan sonra bitirə bilmiş, kolxozda tikinti briqadiri işləmişdir. Milli Orduya könüllü olaraq getmiş, təlimdən sonra Beyləqan rayonuna göndərilmişdir. 1993-cü ilin əvvəllərində ermənilər bu rayonu da işğal etmək üçün güclü texnikadan və başqa ölkələrdən olan muzdlulardan istifadə edərək, hücuma başlamışdılar.
Əsgərlərimiz canları bahasına olsa da, düşmənin hücumunun qarşısını aldılar. Bu döyüşlərdə həlak olanlardan biri də Qüdrət idi.
Q.Xəlilov Lələli kəndində dəfn edilmişdir.