Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
6 Fevral , 2019
Kərimova Nənə Mehdi qızı 1929-cu ilin iyulunda Qax rayonunun İlisu kəndində anadan olmuşdur.Orta təhsilini də burada almışdır.O,ailə vəziyyəti ilə əlaqədar Qaxa köçmüşdür.1949-cu ildə rayon kitabxanasında əmək fəaliyyətinə başlamışdır.1956-cı ildə Bakı Kitabxanaçılıq Texnikumunu müvəffəqiyyətlə bitirmişdir.
N.M.Kərimova peşəsinin sirlərini dərindən öyrənmək üçün 1950-ci ildə Şəkidə,1979,1980,1981-ci illərdə Bakıda ixtisasartırma kurslarında olmuşdur.1952-1979-cu illərdə rayon kitabxanasının müdiri işləmişdir.
N.M.Kərimova təcrübəli kitabxanaçı olmaqla yanaşı,həm də fəal ictimaiyyətçi olmuşdur.O, 1964-cü ildə rayon mədəniyyət şöbəsində ilk partiya təşkilatının katibi, 1970-1979-cu illərdə Qax rayon Partiya Komutəsində qəbul komissiyasının üzvü olmuşdur.
Sadə və şərəfli peşəsinə ürəkdən bağlanan N.M.Kərimova işgüzarlığı ilə nəinki kollektivin, eyni zamanda oxucuların da, böyük hörmətini qazanmışdır.
N.M.Kərimovanın əməyi yüksək qiymətləndirilmişdir.1962-ci ildə Qırmızı əmək bayrağı ordeni, “Əlaçı kitabxanaçı” döş nişanı, 1984-cü ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.O, həmçinin bir sıra fəxri fərmana və mükafata layiq görülmüşdür.