Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
1 Mart , 2019

Qoca Şərqin güzgüsü

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Qoca Şərqin güzgüsü” adlı oxucu konfransı keçirildi.Tədbiri giriş sözü ilə açan Qax MKS-nin direktoru G.Əhmədova dramaturqun Azərbaycan ədəbiyyatında olan rolundan, dilimizin, ədəbiyyatımızın inkişafında Mirzə Cəlilin müstəsna xidmətlərindən söhbət açdı. Qax MKS-nin işçiləri Ahidə Əfəndiyeva, Reyhan Xəlilova və Almalı kənd kitabxnasının işçisi Leyli Allahverdiyeva “Cəlil Məmmədquluzadənin ana dilimiz uğrunda mücadiləsi”,  “Mirzə Cəlil - Şərqin güzgüsü” və “Mirzə Cəlilin yaradıcılığında “Molla Nəsrəddin” jurnalı” adlı məruzələrlə çıxış etdilər. Məruzələrdə qeyd edildi ki, Mirzə Cəlil vətən sevgisiylə doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir. Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin”i əvəzsiz məktəb rolu oynamışdır. Tədbir iştirakçıları məruzələr ətrafında çıxış edərək böyük Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında rolu, ölməz əsərləri haqqında və ona ümumxalq sevgisindən danışdılar. Bu günki dilimizin varlığına, gözəlliyinə, səlistliyinə görə, dilimizi sevdiyimizə görə müəllim, yazıçı, dramaturq, publisist,  naşir Mirzə Cəlilə borcluyuq.

Tədbirin sonunda Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş video-slayd göstərildi. Böyük ədibə həsr olunmuş geniş kitab sərgisinə baxış keçirildi.

Foto Qalereya