Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
15 Aprel , 2019

 Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər   günü  kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.

Bu münasibətlə   C.Cabbarlı adına Mərkəzi Kitabxanda  açıq havada “Maddi-mənəvi sərvətlərimiz- abidələrimiz” adlı tədbir keçirildi. Tədbir iştirakçıları  Qaxın Tanqıt kəndi yaxınlığında   Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanı olan  Hacı Muradın,  Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahında Yunus Əmrəyə aid olduğu iddia edilən Yunis Əmrə və Hacı Tapdıq babanın məzarını  ziyarət etdilər.

Ziyarət zamanı MKS-in  direktoru  Güllü Əhmədova  bildirdi ki,  Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Ahidə Əfəndiyeva  isə  çıxışında  göstərdi ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər  zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Amma yenə də köməyimizə kitablar çatır. Olduğumuz yerlər haqqında kitablara istinadan məlumat,  bilik, informasiya əldə edə bilirik.

Kitabxananın informasiya-resurs şöbəsinin müdiri Əsli İbrahimova tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd etdi. O qeyd etdi ki, tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.

Tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər və xoş təssüratla ziyarət yerlərindən ayrıldıar.

 Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Foto Qalereya