Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Ələşrəf Məmmədov Veysəl oğlu Qax rayon İlisu kəndində anadan olmuşdur. Azərbaycan geologiya alimi, geologiya-mineralogiya elmləri dokroru, Azərbaycan Elmlər Akademiyasının akademiki. professor, AMEA-nın müxbir üzvi.

     Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin geotektonik və paleocoğrafi toplanma şəraitlərini və tektonik quruluşunu tədqiq etmiş, Kür çökəkliyinin səth və dərinlik quruluşunu müəyyən etmiş, Orta Kür çökəkliyində neft-qaz axtarışının elmi əsaslarını vermiş, Xəzər dənizinin Mezozoy və Kaynozoy eralarındakı inkişaf tarixini bərpa etmiş, Azərbaycanın və Xəzər bölgəsinin Dördüncü Dövr çöküntülərinin xronostratiqrafiyasını işləmiş, Azərbaycanın və Cənubi Qafqazın gec Kaynozoyunun radiometrik şkalasını işləmiş, Xəzər dənizinin Dördüncü Dövr transgressyasının və regressiyasının həmin dövrdəki buzlaşmalarla əlaqəsini müəyyən etmiş, Azərbaycanın paleolandşaft və paleoiqliminin təkamül xüsusiyyətlərini aşkar etmişdir.

     2003-cü ildə vəfat etmişdir.

 Əsərləri:

  1. Геология и нефтегазоносность Западного Азербайджана. Азнефтеиздат, 1960. Совместно с  М. Г. Агабековым.
  2. Структурно-фациальные особенности и перспективы нефтегазоносности сарматских отложений Среднекуринской впaдины. Изд.Ан. Азерб. Баку, 1968
  3. Геологическое строение Среднекуринской впадины. Изд. "Элм", 1973
  4. Палеогеография и история геологического развития Среднекуринской впадины в связи с нефтегазоносности. Изд. “Элм", 1977.
  5. Геология четвертичных отложений Азербайджана. Изд. "Элм", 1978. Совместно с С. А. Али-заде и др.