Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Tanınmış ictimai xadimifilologiya üzrə fəlsəfə doktoruyazıçı-publisist Sadıq Murtuzayev 1927-ci ildə Qax rayon İlisu kəndində anadan olmuşdur. Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri olmuş, 31 il respublikanın bir çox rayonlarında-Şəki, Abşeron, Ağdam və başqa rayonlarında Partiya Komitələrinin birinci katibi vəzifəsində işləmişdir.

     O, rəhbər kadr kimi bütün vəzifələrdə özünü böyük təşkilatçılıq bacarığı, əsl təsərrüfatçı səriştəsi olan yenilikçi, təşəbbüskar, zəhmətkeş torpağın, adamların dilini gözəl bilən insan kimi göstərmişdir. 31 il ərzində təkcə idarəetmənin, iqtisadi tərəqqinin, quruculuğun yox, həm də şerin, sənətin, ədəbiyyatın birincisi oldu. Yeganə raykom katibi idi ki, mərkəzi komitəyə büro üzvü seçilmişdi. S. Murtuzayevin rəhbərlik etdiyi rayonlar həmişə iqtisadi tərəqqi sahəsində öndə olardı. Hara gedirdisə, özü ilə coşqun bir abi-hava aparırdı. Şəkidə damcı ilə suvarılan bağların əsasını qoymuşdu. Abşeronda batıb getməkdə olan bağların bərpası məsələsini həll etdi. Ağamda işləyərkən dünyada ikinci sayılan çörək muzeyini yaratdı.

     "İlisu" ensiklopedik məlumat kitabının tərtibatçısı S. Murtuzayevdir. Kitabda 100 dən çox alim və tanınmış şəxsiyyət haqqında məlumat əldə etmək mümkündür.

     S. Murtuzayev sadəcə raykom katibi, sıravi məmur deyildi o, əsil ədəbi ictimai şəxsiyyətdir.