Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Sabir Əfəndiyev Məmməd Tahir oğlu 1933-cü il martın 10-da Qax rayonunun İlisu kəndində anadan olmuşdur.Publisist nasir bibliofil sosioloq, filologiya elmləri namizədidir  İlisu kənd orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetində jurnalistika üzrə ali təhsil almışdır (1950-1955). Əmək fəaliyyətinə "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1957-1959).Sonra redaksiyada şöbə müdiri (1957-1959), Azərbaycan Nazirlər soveti yanında Televiziya və Radio Verilişləri Komitəsinin Şəki radio verilişləri redaksiyasının baş redaktoru (1959-1963), Şəki şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1963-1969), Azərbaycan Televiziya və Radio verilişləri komitəsinin xüsusi müxbiri (1969-1972), Azərbaycan EA-nın Şəki Zona Elmi Bazasının elmi katibi (1972-1980) olmuşdur. 1980-cı ildən Tarix İnstitunun Arxeologiya və Etnoqrafiya sektorunda Sovet dövrü etnoqrafiya şöbəsində baş elmi işçi vəzifəsində çalışmış 1982-ci ildə isə Şəki-Zaqatala bölgəsinin etnoqrafiyasını tədqiq etmək üçün Şəkiyə göndərilmış elmi-texnoloji folklor qrupuna rəhbərlik etmişdir. Hal-hazırda bu vəzifədə çalışır.

     Çoxlu oçerk, publisistik yazı, felyeton və satirik hekayənin, yüzə yaxın elmi məqalənin, "Şəki lətifələri", "Əsgər marşları", "Dərinamə", "Təsbehnamə", "Öyüdnamə", "Peyğəmbərin (ə.s.) meracı" adlı kitabların müəllifi, "İlisu" ensiklopedik məlumat dərgisinin yaradıcılarından biridir. "Ermənilər kimdir, gürcülər kim, biz kimik" adlı sənədli povestini, "Şəki" ensiklopediyasını və "Şəkinin etnoqrafiyası" adlı monoqrafiyanı çapa hazırlamışdır.

     Sabir müəllim böyük kitab həvəskarı - bibliofil kimi tanınır. On minə qədər fondu olan kitabxana yaradıb. Bu zəngin kitab xəzinəsindən oxucular istədikləri vaxt sərbəst surətdə istifadə edə bilərlər.